Sumqayıtda dəhşət: taksi sürücüsü üzərinə benzin tökərək yandırdı
Dünən saat 02:00 radələrində Sumqayıtdakı "Şəfa" sanatoriyasının yataqxanasında məskunlaşmış Zəngilan rayonundan məcburi köçkün, özəl taksi fəaliyyəti ilə məşğul olan Məqsəd Süleymanov 20 Yanvar küçəsindəki bazarın yaxınlığında naməlum səbəblərdən üzərinə benzin tökərək özünü yandırıb. BAKU.WS-in Sumqayıt Şəhər Prokurorluğu və Şəhər Polis İdarəsinin birgə yaydığları məlumata istinadən verdiyi xəbərə əsasən, həmin ərazidə xidmət aparan və hadisəni görən Post Patrul Xidmətinin əməkdaşları dərhal müdaxilə edərək xüsusi cihaz vasitəsi ilə yanğını söndürmüş və təcili yardım çağırıblar. Məqsəd Süleymanov yanıq xəsarətləri ciddi olduğundan Bakıdakı 5 saylı Xəstəxanaya çatdırılmış, lakin həkimlərin müdaxiləsinə baxmayaraq saat 15 radələrində ölüb. Hazırda faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmışdır.
Faktla bağlı araşdırmalar aparılır. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda daha bir məktəbli ölümü qeydə alındı
Dünən saat 12 radələrində Göygöl rayonunun Çaykənd kənd orta məktəbində şagirdin ölümü ilə nəticələnən hadisə baş verib. Baş Prokurorluqdan BAKU.WS-ə verilən m...