Azərbaycanda daha bir məktəbli ölümü qeydə alındı
Dünən saat 12 radələrində Göygöl rayonunun Çaykənd kənd orta məktəbində şagirdin ölümü ilə nəticələnən hadisə baş verib. Baş Prokurorluqdan BAKU.WS-ə verilən məlumata görə, məktəbin 9-cu sinif şagirdi, 2001-ci il təvəllüdlü Eldənizli Xanəli Niyazi oğlunun məktəbin futbol meydançasında 125 mm-lik dəmir borulardan düzəldilmiş qapının dirəyindən sallaşan zaman əlləri sürüşərək yerə yıxılıb. Dəmir dirək oğlanın üzərinə düşüb. Nəticəsində bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən Xanəli Eldənizli orada vəfat edib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ölümün və hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi məqsədilə iş üzrə müvafiq ekspertizalar təyin edilməklə digər zəruri istintaq hərəkətləri yerinə yetirilir. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Bakıda baş verən güllələnmə ilə bağlı daha bir xəbər
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu dünən baş verən dəhşətli qətl hadisəsilə bağlı məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən BAKU.WS-...