Həmkarlar ittifaqının sədri kameralar qarşısında özünə od vurdu (VİDEO +18)

Həmkarlar ittifaqının sədri kameralar qarşısında özünə od vurdu (VİDEO +18)
Video
Hadisə 1364

 

Monqolustanda həmkarlar ittifaqının sədri kameralar qarşısında özünü yandırıb. 

BAKU.WS-in məlumatına görə, "Erdenes Tavantolqoy" şirkətinin həmkarlar ittifaqının rəhbəri monqol hakimiyyətinin qərarı ilə razılaşmadığını göstərmək üçün bu addımı atıb.

Yerli KİV nümayəndələri üçün keçirilən mətbuat konfransı zamanı açıqlama verən sədr müəssisəni direktorlar şurasının qərarıyla başqa əllərə verməyi qəbul etməyib. İşçilərin bu qərarla razılaşmadığını sözlərinə əlavə edən sədr üzərinə benzin töküb və televiziya kameralarının qarşısında özünə od vurub. 

Zərər çəkmiş şəxsi hadisədən dərhal sonra mətbuat konfransından xəstəxanaya aparıblar. Özünü yandıran şəxs ağır yanıq xəsarətləri alıb. Həkimlər onun vəziyyətini ağır olaraq qiymətləndirir.

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər