Azərbaycan-Rusiya hərbi əlaqələrinin inkişaf istiqamətləri müzakirə olunub
Bakı Ekspo Mərkəzində təşkil olunan "ADEX-2026" Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində ölkəmizin digər ölkələrlə hərbi-texniki əməkdaşlığının inkişaf etdirilməsinə dair keçirdiyi görüşlər çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya müdafiə nazirinin müavini Vasiliy Osmakovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə BAKU.WS-ə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.
Tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunmasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlqların rolunu və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Oxşar xəbərlər
"Birliyin Gücü – 2026": Hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar
Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçuları "Birliyin Gücü – 2026"nın təlim meydanında birgə fəaliyyət göstərərək tapşırıqların icrası zamanı qarşılıql...