Pərviz Şahbazov: "Yunanıstana 8 ayda təxminən 700 milyon kubmetr Azərbaycan qazı nəql olunub"
Azərbaycan Hökuməti ilə Yunanıstan Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Birgə Komissiyanın VI iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov Yunanıstanın ətraf mühit və energetika naziri Stavros Papastavrou ilə Afinada ikitərəfli görüş keçirib.
BAKU.WS xəbər verir ki, bu barədə P. Şahbazov sosial şəbəkəsindəki səhifəsində bildirib.
Görüş zamanı Azərbaycan ilə Yunanıstan arasında enerji tərəfdaşlığının mövcud vəziyyəti və gələcək inkişaf istiqamətləri geniş şəkildə müzakirə edilib.
Cənub Qaz Dəhlizinin hər iki dövlət arasında enerji sahəsində əməkdaşlığın strateji təməlini formalaşdırdığı xüsusi olaraq diqqətə çatdırılıb. Trans-Adriatik Boru Kəmərinin (TAP) Azərbaycan təbii qazının Yunanıstan və digər Avropa bazarlarına nəql edilməsindəki əhəmiyyəti, eləcə də Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) təchizat marşrutlarının diversifikasiyasında və regional enerji təhlükəsizliyinin möhkəmləndirilməsində oynadığı rol vurğulanıb.
Nazir bildirib ki, cari ilin ilk səkkiz ayı ərzində Yunanıstana təqribən 700 milyon kubmetr həcmində Azərbaycan qazı ixrac edilib.
Görüşdə eyni zamanda bərpa olunan enerji, elektrik enerjisi bağlantıları və "yaşıl enerji" keçidi istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. Azərbaycanın Xəzər dənizində mövcud olan böyük külək enerjisi potensialı, həyata keçirilən günəş və külək enerjisi layihələri, habelə yaşıl enerjinin Avropa bazarlarına ixracına dair təşəbbüslər barəsində ətraflı məlumat təqdim olunub.
Tərəflər enerji əməkdaşlığının daha da genişləndirilməsi imkanlarını birlikdə nəzərdən keçiriblər.
Qalereya
Oxşar xəbərlər
Özbəkistanın EAS şirkəti SOCAR üçün dron əleyhinə sistemlərin quraşdırılması üzrə danışıqlar aparacaq
Özbəkistanın "Electronic Autonomous Solutions" (EAS) müəssisəsi Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə şirkətin ehtiyacları üçün dron əleyhinə sistemlərin p...