Həsənzadə: ABŞ SEPAH və "Bəsic" qərargahlarına hücumla heç nəyə nail olmayıb
ABŞ ordusu müharibə zamanı İranın təhlükəsizlik mərkəzlərinə hücumla heç nəyə nail olnmayacağını anlayanda, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və "Bəsic"in Tehrandakı qərargahlarına raket hücumu edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə SEPAH-ın Tehran üzrə komandiri, briqada generalı Həsən Həsənzadə bildirib.
"Düşmən Tehranın hərbi və təhlükəsizlik mərkəzlərinə hücum etməklə heç bir addım ata bilməyəcəyini gördükdə, bizim "Bəsic" müqavimət bölgələrini və SEPAH-ın Tehran qərargahını raket zərbəsinə məruz qoyub", - o vurğulayıb.
Briqada generalının sözlərinə görə, buna baxmayaraq, Tehranda təhlükəsizliyə xələl gəlməyib, əksinə "Bəsic"in iştirakı genişlənib: "Əhalinin yoxlamalar üçün müraciəti çoxalıb və keçidlərdə post və kəşfiyyat patrullarının sayı artıb".
Oxşar xəbərlər
"Rusiya bəziləri kimi əl açıb sədəqə dilənə bilməz"
Rusiya digər ölkələrdən fərqli olaraq, dünyadan yardım dilənməyəcək. BAKU.WS TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin IX çağırış D...