Bakıda bank əməkdaşı 20 min manat borca görə intihar etdi

Bakıda bank əməkdaşı 20 min manat borca görə intihar etdi
Hadisə 1638

 

Sentyabrın 15-də Binəqədi rayonunda baş vermiş intiharın bəzi təfərrüatları məlum olub. Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində fərdi yaşayış evinin həyətində özünü asan 1977-ci il təvəllüdlü Seyidov Samir Tahir oğlu bank əməkdaşı olub.

Qohumları bildirir ki, S.Seyidov Sumqayıtda yerləşən bank filialında inkasasiya şöbəsində çalışırmış. 3 uşaq atası olan 38 yaşlı Samirin 20 min manata yaxın borcu varmış və bir neçə gün əvvəl bank sistemində aparılan ixtisarla əlaqədar işdən çıxarılıb. Bundan sonra o, depressiyaya düşüb və ailəsinə məktub yazaraq intihar edib.

S.Seyidov məktubunda yaxınlarından övladlarına yaxşı baxmalarını xahiş edib və onu bu həyatda axtarmamalarını qeyd edib.

Qeyd edək ki, S.Seyidovun 3-cü övladı 2 həftə əvvəl dünyaya gəlibmiş. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Lent.az

BAKU.WS

Oxşar xəbərlər

Bakıda işdən çıxarılan qadın özünü yandırmaq istədi

Bakıda işdən çıxarılan qadın özünü yandırmaq istədi

Bakının Nərimanov rayonunda 38 yaşlı qadın özünü yandırmaq istəyib. BAKU.WS-in məlumatına görə, bu barədə Vesti.az saytı yazıb. Bildirilir ki, hadisə Heydər Ə...

1416 Hadisə 14:52 16 sentyabr 2015

Son xəbərlər