26 yaşlı gənc toyuna bir həftə qalmış sirkə turşusu içdi
02
okt
2017
22:10
Qaxda 26 yaşlı oğlan toyuna altı gün qalmış özünü sirkə turşusu ilə zəhərləyib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu gün saat 17 radələrində rayonun Almalı kənd sakini, 1991-ci il təvəllüdlü Nofəl Məzahir oğlu Yusifov kəskin zəhərlənmə əlamətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib.MRX-dan APA-ya verilən məlumata görə, həkim müayinəsi zamanı məlum olub ki, 26 yaşlı Nofəl Yusifov hələki bilinməyən səbəbdən bilərəkdən sirkə turşusu qəbul edib. Nofəl Yusifova xəstəxanada lazımi tibbi yardım göstərilib, vəziyyəti ağır olduğu üçün müayinə və müalicəsini davam etdirmək üçün axşam saat 19:30 radələrində Respublika Toksikologiya Mərkəzinə göndərilib.Məlumatda o da bildirilir ki, Nofəl Yusifov nişanlı olub, oktyabrın 1-də qız toyu olub, ayın 8-də isə isə Nöfəlin öz toyu olacaqdı. Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda 2 qadın intihar etdi
Azərbaycanda iki qadın intihar edib. Hadisənin biri paytaxtda, digəri isə Zaqatalada baş verib. Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqa...