62 yaşlı kişini döyüb çənəsini sındırdılar
Oğuzda 62 yaşlı kişi həmkəndlisi tərəfindən döyülüb.
BAKU.WS xəbər verir ki, Şəki Rayon Mərkəzi Xəstəxanasından Lent.az-a məlumata görə, oktyabrın 22-i axşam saat 20 radələrində Oğuz rayonu Calut kənd sakini, 1954-cü il təvəllüdlü Məhərrəm Məhəmməd oğlu Abbasov döyülmə xəsarətləri ilə xəstəxanaya daxil olub. Müayinə zamanı məlum olub ki, 62 yaşlı M. Abbasov döyülmə zamanı müxtəlif bədən xəsarətləri ilə bərabər sağ çənə sümüyünün çıxığı və sınığı xəsarəti də alıb. M. Abbasova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı Oğuz RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda toyda kütləvi dava: xəsarət alan var
Samux rayonunun Seyidlər kəndində keçirilmiş toy mərasimində kütləvi dava baş verib. BAKU.WS Report-a istinadla xəbər verir ki, dava zamanı bir nəfər xəsarət a...