Azərbaycanda kişi arvadını "rajok"la döyüb xəstəxanalıq etdi
Daşkəsəndə 21 yaşlı qadın əri tərəfindən döyülüb. Bu barədə ANS PSESS-ə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından məlumat verilib.
Hadisə Yuxarı Daşkəsən qəsəbəsi, Səməd Vurğun küçəsi, ev 1 ünvanında baş verib. Adıçəkilən ünvanda yaşayan 1995-ci il təvəllüdlü Aytən Bəhlul qızı Bayramova baş və aşağı ətrafın əzilməsi xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 21 yaşlı qadına dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Aparılan araşdırmalar zamanı qadının həyat yoldaşı tərəfindən ayaqqabı geyinmək üçün istifadə edilən dəmirlə (rajok) döyüldüyü bəlli olub. Ailə üzvləri bildiriblər ki, Aytən həyat yoldaşı ilə hələ 16 yaşı olanda ailə qurub və onların arasında tez-tez dava-dalaş baş verirmiş. Baş verən son hadisə isə bu davaların kuliminasiya nöqtəsi olub.
Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır. Şöbədən həyat yoldaşını döyən ərin hələlik saxlanmadığını bildirdilər.
Bundan əvvəl də Bakının Nizami rayonunda ailə münaqişəsi zəminində kişi arvadını döyüb. Məlumata görə, hadisə rayonun Çobanzadə küçəsi, məhəllə 24/05-də qeydə alınıb. Həmin məhəllədə yerləşən şadlıq saraylarından birində Bakı şəhər sakinləri 1985-ci il təvəllüdlü Fuad Kərimli xuliqanlıq zəminində həyat yoldaşı, 1987-ci il təvəllüdlü Aytəni döyərək ona xəsarət yetirib. Hadisə zamanı Fuad Kərimli sərxoş olub.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda dəhşətli olay: ər arvadının üzərinə qaynar su tökdü
Bakı sakini münaqişə zəminində həyat yoldaşının üzərinə qaynar su töküb. Lent.az-ın məlumatına görə, hadisə dünən axşam saatlarında Suraxanı rayonunun Qaraçux...