Bakıda dəhşətli olay: ər arvadının üzərinə qaynar su tökdü
Bakı sakini münaqişə zəminində həyat yoldaşının üzərinə qaynar su töküb.
Lent.az-ın məlumatına görə, hadisə dünən axşam saatlarında Suraxanı rayonunun Qaraçuxur qəsəbəsininin Mehbalıyev küçəsindəki mənzildə baş verib.
57 yaşlı Fərhad Məhərrəmov həyat yoldaşı, 55 yaşlı Anaxanım Məhərrəmova ilə dalaşıb və bu zaman sobanın üzərində qaynayan suyu onun üzərinə töküb. 2-ci və 3-cü dərəcəli termiki yanıq xəsarətləri alan qadın 5 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib və ona tibbi yardım göstərilib.
A.Məhərrəmova həyat yoldaşının məsuliyyətə cəlb edilməsi ilə bağlı 32-ci Polis Bölməsinə müraciət edib.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda dəhşətli cinayət: Həbsxanadan çıxan gənc ər əvvəl arvadını, sonra özünü öldürdü
Sumqayıtda dəhşətli cinayət hadisəsi baş verib. BAKU.WS ANS PRESS-ə istinadən xəbər verir ki, qısqanclıq zəminində həyat yoldaşını öldürən 29 yaşlı gənc intih...