Qısqanc ər arvadının başını kəsdi

Qısqanc ər arvadının başını kəsdi
Hadisə 2017
 

Aprelin 27-də Sumqayıt şəhərində törədilmiş qətlin bəzi məqamları məlum olub. 

Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 12-ci mikrorayonda yaşayan 32 yaşlı Elməddin Abışov həyat yoldaşı, 23 yaşlı Elnarəni xüsusi amansızlıqla qətlə yetirib. Belə ki, dünən günorta saatlarında övladları həyətdə oynayan ər və arvad evdə mübahisə edib. Bu zaman E.Abışov bıçaqla həyat yoldaşına bir neçə zərbə endirib. Daha sonra o, övladlarının anasının boğazını bıçaqla üzərək onun öldüyünə tam əmin olub və birbaşa 1-ci Polis Bölməsinə gedib.

Könüllü olaraq özünü istintaqa təqdim edən və törətdiyi əməllə bağlı məlumat verən E.Abışov hadisəni qısqanclıq zəminində törətdiyini, həyat yoldaşının başqası ilə ona xəyanət etdiyini iddia edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb, istintaq davam etdirilir.

BAKU.WS

Son xəbərlər