Azərbaycanda dəhşət: Ata 6 yaşlı oğlunun başını kəsdi
Beyləqanda dəhşətli qətl törədilib. BAKU.WS-in məlumatına görə, rayon polis şöbəsindən APA-ya bildirilib ki, hadisə rayonun Yuxarı Kəbirli kəndində qeydə alınıb. Kənd sakini Zahid İsgəndərov 6 yaşlı oğlu Ümidin boğazını kəsərək qətlə yetirib. Z. İsgəndərov hadisəni törətdikdən sonra qaçıb. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. İlkin məlumata görə, hadisə ailədaxili münaqişə zəminində törədilib. Qətlə yetirilən Ümid 1-ci sinifdə oxuyurmuş. Faktla bağlı Beyləqan Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. BAKU.WS
Oxşar xəbərlər
Bakıda ər həyat yoldaşı üçün killer tutdu: 2 min manata
Bakıda sifarişli qətl törədilib. BAKU.WS-in məlumatına görə, Sabunçu rayon Polis İdarəsindən APA-ya bildirilib ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb. Qəs...