Bakıda barda qətl törədən şəxs tutuldu (RƏSMİ)
Polis və prokurorluq orqanlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Səbail rayonunda törədilən qətlin üstü "isti izlər”lə açılıb. Bakı şəhər Prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, yanvarın 4-də saat 06 radələrində Bakı şəhəri, Səbail rayonu, Bülbül prospektində yerləşən "Kofein-klub”da 25-30 yaşlı kişi kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlər alaraq, xəstəxanaya aparılarkən yolda ölüb. Polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində qətlə yetirilən şəxsin 1989-cu il təvəllüdlü Tural Abbasov olması müəyyən edilib. "İsti izlər”lə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1980-ci il təvəllüdlü Sadiq Fətullayev tutulub. Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir. Ziya Babayev BAKU.WS
Oxşar xəbərlər
Prokurorluq: Bakıda itkin düşən 7 yaşlı uşağın qətlə yetirildiyi ehtimal olunur
Bakıda 7 yaşlı uşaq itkin düşüb. Bakı şəhər Prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, dekabrın 14-də Goranboy rayonu, Balakürd kəndində qeydiyyatda olm...