25 yaşlı oğlan özündən 7 yaş böyük bacısını amansızcasına qətlə yetirdi

25 yaşlı oğlan özündən 7 yaş böyük bacısını amansızcasına qətlə yetirdi
Hadisə 2324

Lerikdə dəhşətli qətl hadisəsi baş verib.

BAKU.WS-in məlumatına görə. bu barədə Lerik rayon Polis Şöbəsindən APA-ya bildiriblər. Verilən məlumatına görə, hadisə ötən gün rayonun Kaqoy kəndində qeydə alınıb.   Kənd sakini, 1990-cı il təvəllüdlü Valeh Şahverdiyev şəxsi münasibətlər zəminində  bacısı, 1983-cü təvəllüdlü Xəyaləni çoxsaylı bıçaq xəsarətləri yetirməklə öldürüb.   Hadisəni törətmiş şəxs rayonun hüquq-mühafizə orqanları tərəfindən tutularaq istintaq orqanlarına təhvil verilib. Faktla bağlı Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər