Bakıda ər arvadını qətlə yetirdi (FOTO)

Bakıda ər arvadını qətlə yetirdi (FOTO)
Hadisə 1863

Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, rayonun Məhəmmədi qəsəbəsindəki "Yeni yaşayış massivində" ər arvadını qətlə yetirib. 32 yaşlı Tahir Niyaz oğlu Mürsəlovla həyat yoldaşı 24 yaşlı Nigar Təslim qızı Mürsəlova arasında qısqanclıq zəminində mübahisə yaranıb. Mübahisə zamanı ər bıçaqla həyat yoldaşına çoxsaylı zərbələr endirib. Yaralı Nigar Mürsəlovanı qonşusu avtomobili ilə xəstəxanaya apararkən o, yolda dünyasını dəyişib. Tahir Mürsəlov Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla əlaqədar Sabunçu Rayon Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar davam edir. BAKU.WS

Oxşar xəbərlər

Bakıda sevdiyi qızı küçədə öldürən oğlan polisə təslim oldu (VİDEO)

Bakıda sevdiyi qızı küçədə öldürən oğlan polisə təslim oldu (VİDEO)

Bakıda sevdiyi qızı küçədə qətlə yetirən oğlan tutulub. BAKU.WS-in məlumatına görə, Nizami rayon Polis İdarəsindən APA-ya bildirilib ki, bu gün səhər saatların...

2266 Hadisə 15:44 29 oktyabr 2015

Son xəbərlər