Bakıda sevdiyi qızı küçədə öldürən oğlan polisə təslim oldu (VİDEO)

Bakıda sevdiyi qızı küçədə öldürən oğlan polisə təslim oldu (VİDEO)
Video
Hadisə 2266

Bakıda sevdiyi qızı küçədə qətlə yetirən oğlan tutulub. BAKU.WS-in məlumatına görə, Nizami rayon Polis İdarəsindən APA-ya bildirilib ki, bu gün səhər saatlarında metronun Qara Qarayev stansiyası yaxınlığında 22 yaşlı İlahə Həsən qızı Yusubovanı bıçaqlayaraq qətlə yetirən şəxsin Salyan rayonunda anadan olan, hazırda Sabunçu rayonu Ləhiş bağlarında yaşayan Babək Əliyev olması müəyyən edilib. B. Əliyev könüllü olaraq Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə gedərək təslim olub. Polisdən həmçinin bildirilib ki, qətlə yetirilən İ. Yusubova Maştağa qəsəbə sakinidir. Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. BAKU.WS

Oxşar xəbərlər

Bakıda qadını sevgilisi küçənin ortasında bıçaqlayaraq öldürdü

Bakıda qadını sevgilisi küçənin ortasında bıçaqlayaraq öldürdü

Bu gün saat 09:30-da Bakının Nizami rayonunda gənc qadını küçənin ortasında qətlə yetiriblər. BAKU.WS-in məlumatına görə, hadisə "Qara Qarayev” metrosu yaxınlı...

2065 Hadisə 11:03 29 oktyabr 2015

Son xəbərlər