Bakıda qadını sevgilisi küçənin ortasında bıçaqlayaraq öldürdü

Bakıda qadını sevgilisi küçənin ortasında bıçaqlayaraq öldürdü
Hadisə 2065

Bu gün saat 09:30-da Bakının Nizami rayonunda gənc qadını küçənin ortasında qətlə yetiriblər.

BAKU.WS-in məlumatına görə, hadisə "Qara Qarayev” metrosu yaxınlığında, "Çinar Market” marketinin yanında baş verib. Məlumata görə, 30 yaşlı İlahə Həsən qızı Yusubova sevgilisi tərəfindən bıçaqlanıb. Qadın aldığı bıçaq yarasından hadisə yerində keçinib. Qadının bıçaqlandığı ünvanda yaşadığı bildirilir. Hadisəni Nizami Rayon Polis İdarəsi 25-ci polis bölməsindən BAKU.WS-ə təsdiqləyiblər. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Ərli və 5 uşaq anası olan qadını sevgilisi öldürdü

Ərli və 5 uşaq anası olan qadını sevgilisi öldürdü

Türkiyənin Ərzurum vilayətində dəhşətli cinayət baş verib. BAKU.WS-in məlumatına görə, gənc kişi özündən 10 yaş böyük sevgilisini vəhşicəsinə öldürüb. Hadisəni...

3221 Hadisə 16:00 17 oktyabr 2015

Son xəbərlər