Bakıda qız kişinin şah damarını kəsdi (VİDEO)

Bakıda qız kişinin şah damarını kəsdi (VİDEO)
Video
Hadisə 2233

Bakıda iki gün əvvəl cavan qız ağır cinayət törədib. Binəqədi rayonu, Novxanı qəsəbəsində 20 yaşlı Səringül Ramazanova özündən 11 yaş böyük olan Anar Məmmədovu qətlə yetirib. O, bıçağı Anarın boğazına sancıb. Ağır vəziyətdə xəstəxanaya çatdırılan Anar bu gecə dünyasını dəyişib. BAKU.WS-in Criminal.az saytına istinadən verdiyi məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşları tərəfindən tutulan S.Ramazanova oğlanı qətlə yetirməsinin səbəbini açıqlayıb. Bildirib ki, Anar Məmmədov ona ''var-yox'' söyüşü edib. Ona görə də bıçaqla vurub. Karate idmanı ilə məşğul olan S.Ramazanova müstəntiqin sualını da elə sualla cavablandırıb. Polisin ondan ''söyüş üstündə də adam öldürərlər'' sualına xanım Ramazanova ''sənin var-yoxunu söysələr nə edərsən? Dayanıb baxarsan?'' cavabını verib. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq aparılır. Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

Bacısının başını kəsən biznesmen qızının məhkəməsi başlayır

Bacısının başını kəsən biznesmen qızının məhkəməsi başlayır

Azərbaycanda öz bacısını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsinin keçiriləcəyi vaxt açıqlanıb. BAKU.WS-in Report-a istinadla verdiyi məlumata görə, 1993...

3284 Hadisə 15:59 08 oktyabr 2015

Son xəbərlər