Rusiyada qətl törədən şəxs Azərbaycanda yaxalandı

Rusiyada qətl törədən şəxs Azərbaycanda yaxalandı
Hadisə 1357

Rusiyada qətl törədən şəxs Azərbaycanda saxlanılıb. BAKU.WS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Baş Cinayət Axtarışı İdarəsi və Yevlax rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Nofəl Qafarov tutulub. Faktla bağlı araşdırma aparılır. Ziya Səccad BAKU.WS

Son xəbərlər