Sumqayıtda qısqanc ər gənc arvadını öldürdü (FOTO)

Sumqayıtda qısqanc ər gənc arvadını öldürdü (FOTO)
Hadisə 3126

Sumqayıtda ər arvadını qısqanclıq zəminində bıçaqlayaraq öldürüb. BAKU.WS-in APA-ya istinadən verdiyi mlumata görə, hadisə Sumqayıt şəhərinin 5-ci mikrorayonunda baş verib. 27 saylı binanın 40-cı mənizlində kirayədə yaşayan Qubadlı rayon sakini Xəqani Hüseynov aralarında baş verən mübahisə zamanı mətbəxtdən götürdüyü bıçaqla arvadı, 27 yaşlı Ramiləyə çoxsaylı zərbələr vurub. Yaralı qonşuların köməkliyi ilə xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkdə şübhəli bilinən Xəqani Hüseynov saxlanılaraq istintaqa təhvil verilib. Saxlanılan şəxs ilkin dindirmə zamanmı törətdiyi əməli etiraf edib. O, həyat yoldaşını qısqanclıq zəminində öldürdüyünü bildirib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır. Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

Bakıda ər arvadını qətlə yetirdi (FOTO)

Bakıda ər arvadını qətlə yetirdi (FOTO)

Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, rayonun Məhəmmədi qəsəbəsindəki "Yeni yaşayış massivində"...

1863 Hadisə 09:01 04 noyabr 2015

Son xəbərlər