Azərbaycanda 57 yaşlı qadın özünü yandırdı
Gədəbəydə 57 yaşlı qadın intihara cəhd edib. BAKU.WS-in APA-ya istinadən verdi məlumata görə, rayonun Şınıx kəndində kənd sakini, 1958-ci il təvəllüdlü Nəsibə Hüseynova yaşadığı evdə üzərinə neft tökərək özünü yandırıb. Qadın dərhal Gədəbəy rayon Mərkəzi xəstəxanasına, oradan isə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Ona bədənin 95 faizinin 2-3-cü dərəcəli yanıq diaqnozu qoyulub. N. Hüseynovanın vəziyyətinin ağır olduğu bildirilir. İlkin məlumata görə N. Hüseynova ailə münaqişəsi zəminində özünü yandırıb. Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır. BAKU.WS
Oxşar xəbərlər
Bakı sakini bankın qarşısında kredit borcuna görə özünü yandırdı (YENİLƏNİB, VİDEO)
"Azadlıq" metrosunun yanında, "Muğanbank"ın qarşısında 25-30 yaşlarında bir gənc intihara cəhd edib. BAKU.WS-in məlumatına görə, bu barədə Moderator.az-a hadis...