Azərbaycanda kişi boşandığı arvadını öldürdü
Gəncədə qətl törədilib.
Hadisə şəhər ərazisindəki 31 saylı orta məktəbin yaxınlığında qeydə alınıb. Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından ANS PRESS-ə verilən məlumata görə, şəhərin Nizami küçəsindəki mənzillərdən birində yaşayan 1993-cü il təvəllüdlü Samirə Rəşad qızı Həsənova döş qəfəsinin çoxsaylı kəsilmiş deşilmiş yarası xəsarəti ilə tibb müəsisəsinə gətirilib.
Qadının üzərində dərhal cərrahiyyə əməliyyatı aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 23 yaşlı qadın xəstəxanada dünyasını dəyişib.
Dərhal əməliyyata başlayan hüquq-mühafizə orqanlarının əməkdaşları qətli törətməkdə şübhəli bilinən şəhər sakini, 1988-ci il təvəllüdlü Rövşən Ələsgərovu saxlayıblar. O, hadisəni törətdikdən sonra ərazidən qaçıbmış.
Qətli törədən şəxslə öldürülən qadın evli olub və onların azyaşlı övladı var. Lakin müəyyən səbəblərdən ailə bir müddət əvvəl boşanıb.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Bir neçə gün əvvəl də Cəlilabadda kişi övladının gözü qarşısında arvadını bıçaqlayıb. Rayonun Maşlıq kənd sakini 1967-ci il təvəllüdlü Vaqif Əliyev aralarında yaranan şəxsi mübahisə zəminində həyat yoldaşı 1987-ci il təvəllüdlü Aygün Soltanovaya çoxsaylı bıçaq zərbələri endirib. Hadisə şəhərin Heydər Əliyev Seyrəngahı ərazisində baş verib. Ağır bədən xəsarətləri alan qadın dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin yardımı nəticəsində qadının həyatını xilas etmək mümkün olub.
Hadisə qısqanclıq zəminində baş verib.
Yerli polisin həyata keçirdiyi istintaq tədbirləri nəticəsində hadisəni törədən əvvəllər də bir neçə dəfə məhkum olunmuş Vaqif Əliyev tutularaq istintaqa təhvil verilib.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda kişini parkda öldürdülər
Sumqayıtda qətl törədilib. Şəhər Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə şəhərin 36-cı məhəlləsindəki parkın ərazisində qeydə alınıb. Şəhər...