İcra hakimiyyətinin maşını qəzaya uğradı: yaralılar var

İcra hakimiyyətinin maşını qəzaya uğradı: yaralılar var
Hadisə 1827

 

Gəncədə ağır yol qəzası baş verib.

Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından anspress-ə verilən məlumata görə, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb.

Şəhər sakini, 1992-ci il təvəllüdlü Əziz Həsənovun idarə etdiyi "QAZel" markalı avtomobil sürücüsü müəyyən edilməyən avtomobillə toqquşub. Hadisə zamanı 24 yaşlı sürücü Əziz Həsənov və avtomobildə olan sərnişinlər - 49 yaşlı Surxay Bayramov və 31 yaşlı Vüsal Pirani müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan hər üç yaralının vəziyyətinin orta ağır olduğu, müalicələrinin davam etdirildiyi bildirilib.

Xəstaxanadan verilən məlumata görə, qəzaya uğrayan avtomobil Gəncə Şəhər İcra Hakimiyyətinə məxsus olub və fəhlələrin də icra hakimiyyətinin işçiləri olduğu bildirilir.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda daha bir nəfər borca görə özünə od vurdu

Azərbaycanda daha bir nəfər borca görə özünə od vurdu

Ağcabədi rayonunda intihara cəhd baş verib. 52 yaşlı qadın özünü yandırıb. BAKU.WS xəbər verir ki, Ağcabədi rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata...

2270 Hadisə 13:51 02 fevral 2016

Son xəbərlər