Türkan Şoray: "Yeşilçam yoxluqlar içində möcüzələr yaradırdı"
Yeniliklərdən dərhal xəbərdar olun
"Yeşilçam yoxluqlar içində möcüzələr yaradırdı".
BAKU.WS xəbər verir ki, bu sözləri türk kinosunun sultanı Türkan Şoray Antalyada pərəstişkarları ilə görüşü zamanı deyib.
COP31 çərçivəsində təşkil olunan "Yeşilçam üsulu film çəkmək" adlı görüşdə sənətkar karyerasının ən yaddaqalan məqamlarını bölüşüb.
Türkan Şoray çıxışında o dövrün çətin çəkiliş şəraitindən də danışıb:
"Xüsusilə qış günləri yaddaşıma həkk olunub. Səhər saat 7-də evdən çıxanda soyuq küləyin üzümə vurmasını heç unutmuram. Amma özümü heç vaxt yuxusuz və ya yorğun hiss etmirdim, içimdə böyük bir həyəcan var idi. Bu, illərlə davam etdi. Hər səhər erkən saatlarda maşınıma minib çəkiliş meydançasına gedirdim. Hətta 10 dəqiqə belə geciksəydim, meydançada qarışıqlıq yaranardı".
Məhdud imkanlara baxmayaraq "Yeşilçam"ın böyük uğurlara imza atdığını vurğulayan aktrisa həmin illəri belə ifadə edib:
"Doğrusu, "Yeşilçam" yoxluqlar içində möcüzələr yaradan bir kino oldu. O, xalqın dəstəyi ilə özü-özünü yaratdı. Çəkiliş meydançasında hər imkanımız olmurdu, lakin o qədər bacarıqlı komanda yoldaşlarımız var idi ki, məhz o yoxluq yaradıcılığa yol açırdı. Həqiqətən də əsl möcüzə idi".
Oxşar xəbərlər
Xəstəxanaya yerləşdirilən müğənninin son vəziyyəti açıqlandı
Məşhur Yavuz Bingölün meneceri Erden Demir onun son vəziyyətini açıqlayıb. BAKU.WS xəbər verir ki, o jurnalist Bahar Gencerə açıqlamasında Bingölün səhhətinin...