Conni Depp Baham adalarındakı 1940-ci ildən qalma evində neyniyir?
Yeniliklərdən dərhal xəbərdar olun
Şəxsi həyatındakı qalmaqallar səbəbilə Hollivuddan uzaqlaşaraq Baham adalarına köçən Conni Depp etirafları ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, kütlədən və kameralardan uzaq bir həyat tərzinə üstünlük verən 63 yaşlı ulduz vaxtının böyük hissəsini özünə məxsus adada keçirir.
Aktyor "The Wall Street Journal"a açıqlamasında ABŞ-də rahat yaşaya bilmədiyini, Baham adalarındakı evində isə hüzur tapdığını bildirib.
"Vaxtımın çoxunu Baham adalarında keçirirəm. Orada tam bir hüzur və sakitlik tapdım. Heç kim mənə kamera tuşlamır və ya dik-dik baxmır. 2004-cü ildə 1940-cı illərə aid taxta ev aldım. İçərisində bir rəsm emalatxanası qurdum. Rəsm çəkmək ətrafımdakı dünyanı dərk etməyimə imkan verən bir sığınacaq olaraq qalır" -deyə Depp vurğyalyıb.
Aktyor hələ 2009-cu ildə "Vanity Fair" jurnalına verdiyi müsahibədə də adadakı həyatın onun üçün nə qədər vacib olduğunu vurğulayıb.
Oxşar xəbərlər
Mətanət Əsədova: "Bir yanlışım olub ki, müğənni olmuşam"
"Bir yalnışım olub ki, incəsənətə gəlmişəm, müğənni olmuşam". BAKU.WS xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova "Bir gün" verilişinə açıqlamasında deyi...