Azərbaycanda valyutadəyişmə məntəqəsinin sahibini başından vurub 25 min pulunu apardılar

Azərbaycanda valyutadəyişmə məntəqəsinin sahibini başından vurub 25 min pulunu apardılar
Hadisə 1398

 

Gəncədə valyutadəyişmə məntəqəsinin sahibi başından vurulub.

BAKU.WS-in APA-ya istinadla verdiyi məlumata görə, hadisə saat 00.30 radələrində şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb. Sözügedən küçədə valyutadəyişmə məntəqəsi olan, 1971-ci il təvəllüdlü Kəmaləddin Əliyev işlədiyi obyektin qarşısında iti alətlə başından vurulub.

Xəsarət alan yaralı başın kəsilmiş-çapılmış xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. K. Əliyev onu vuran şəxsin 25 min manat pulunu apardığını bildirib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

İntihar etmək istədi, sevdiyi qızın valideynləri müdaxilə etdi (VİDEO)

İntihar etmək istədi, sevdiyi qızın valideynləri müdaxilə etdi (VİDEO)

Gəncədə intihara cəhd olub. BAKU.WS-in APA TV-ya istinadən verdiyi məlumata görə, 1991-ci il təvəllüdlü şəhər sakini Etibar Musayev şəhərin Heydər Əliyev pros...

2062 Hadisə 13:25 17 dekabr 2015

Son xəbərlər