Gəncədə avtobus divara girdi, 18 nəfər xəstəxanalıq oldu

Gəncədə avtobus divara girdi, 18 nəfər xəstəxanalıq oldu
Hadisə 956

 

Gəncədə dəhşətli yol nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, hadisə noyabrın 26-da saat 15 radələrində qeydə alınıb. Daşkəsən rayon sakini Azər Məmmədov idarə etdiyi "Mercedes” markalı avtobusu şəhər sakini İlham Babayevə məxsus evin divarına vurub.

Nəticədə evin divarının bir hissəsi uçub, 18 sərnişin xəstəxanaya yerləşdirilib. Onlardan 4 nəfərinin vəziyyəti orta-ağır, digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Gəncədə ana və qızını bıçaqladılar

Gəncədə ana və qızını bıçaqladılar

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib. BAKU.WS-in APA-ya istinadən verdiyi verdiyi məlumata görə, Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Xarafruz El...

1500 Hadisə 15:21 12 oktyabr 2015

Son xəbərlər