Bakıda daha bir mikroavtobus qəzası: ölən və yaralanan var

Bakıda daha bir mikroavtobus qəzası: ölən və yaralanan var
Hadisə 2523

Bakıda mikroavtobus yük maşını ilə toqquşub. BAKU.WS-in Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə sentyabrın 17-də saat 20 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində qeydə alınıb. Qazax rayon sakini Bilal Mustafayevin idarə etdiyi "Mercedes” markalı mikroavtobusla Hacıqabul rayon sakini Cavid Zərbalının idarə etdiyi "MAN” markalı yük avtomobili toqquşub. Nəticədə B.Mustafayevin sərnişinlərindən Bakı şəhər sakini Cahangir Cahangirov hadisə yerində ölüb, digər sərnişini isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Sumqayıtda daha bir faciə: 3 ölü

Sumqayıtda daha bir faciə: 3 ölü

Daxili İşlər Nazirliyi Sumqayıt şəhərində baş vermiş yol qəzası barədə məlumat yayıb. BAKU.WS-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, sentyabrın...

1444 Hadisə 12:11 17 sentyabr 2015

Son xəbərlər