Azərbaycanda dəhşətli qəza: bir ailə məhv oldu
Azərbaycanda ağır yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS-in məlumatına görə, bu barədə Bas Dövlət Yol Polisi İdarəsindən APA-ya bildiriblər. Verilən məlumata görə, Qazax-Gürcüstan magistral yolunun 285-ci kilometrliyində Şəmkir rayon sakini Rasim Həsənovun idarə etdiyi "KamAZ” markalı yük maşını Salyan rayon sakini Elnur Babayevin idarə etdiyi "BYD” markalı minik avtomobili ilə toqquşub. Nəticədə minik maşınında olan sərnişinlər – Coşqun Babayev, Şamil Babayev və Ramin Babayev aldıqları xəsarətdən ölüblər. Sürücü isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Məlumata görə, hadisə zamanı dünyasını dəyişənlər bir ailənin üzvləridir. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Sumqayıtdakı dəhşətli qəza ilə bağlı yeni faktlar
Sumqayıt-Bakı yolunda baş verən dəhşətli mikroavtobus qəzası ilə bağlı bəzi məqamlar aydınlaşıb. BAKU.WS-in lent.az-a istiadən məlumatına görə, qəza nəticəsind...