Sumqayıtdakı dəhşətli qəza ilə bağlı yeni faktlar

Sumqayıtdakı dəhşətli qəza ilə bağlı yeni faktlar
Hadisə 3456

  Sumqayıt-Bakı yolunda baş verən dəhşətli mikroavtobus qəzası ilə bağlı bəzi məqamlar aydınlaşıb. BAKU.WS-in lent.az-a istiadən məlumatına görə, qəza nəticəsində "Ford Transit" markalı mikroavtobusun sürücüsü Baloğlan Ağakişiyev ağır xəsarətlər alıb. Sumqayıt şəhər xəstəxanasına yerləşdirilən sürücü kəllə-beyin travması alıb və beyin qapağına xeyli qan yığılıb. Həkimlər onun vəziyyətini hələ də ağır qiymətləndirir. Bildirilib ki, ağır vəziyyətdə olmasına baxmayaraq, B.Ağakişiyev polis nəzarəti altındadır və sağalan kimi məhkəməyə çıxarılacaq və böyük ehtimallar barəsində həbs-qətimkan tədbiri seçiləcək. Araşdırmalar nəticəsində o da məlum olub ki, B.Ağakişiyevin sürücülük vəsiqəsi avtobus idarə etməyə yol vermirmiş. Həmçinin onun idarə etdiyi nəqliyyat vasitəsinin sərnişindaşıma ilə bağlı qanuni sənədi -lisenziyası olmayıb. Qəzaya düşən "Ford Transit"ə verilmiş lisenziya müddəti 2012-ci ildə başa çatıbmış və həmin vaxtdan sonra lisenziya alınmayıb. Qeyd edək ki, sentyabrın 17-də saat 09 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Sumqayıt şəhər sakini Baloğlan Ağakişiyev idarə etdiyi "Ford Tranzit” markalı mikroavtobusu yolun kənarındakı yol ayırıcısına vurub. Nəticədə onun sərnişinlərindən - Xırdalan şəhər sakini Ofeliya Məmmədova, Masallı rayon sakinləri Elnur Cəfərov və Amil Abdullayev hadisə yerinə ölüb, 9 sərnişin isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır. Ziya Səccad BAKU.WS

Son xəbərlər