"Günəşli" yatağında xəsarət alan neftçilərin vəziyyəti barədə son xəbər

Günəşli yatağında xəsarət alan neftçilərin vəziyyəti barədə  son xəbər
Hadisə 2140

 

Dekabrın 5-də axşam saat 8 radələrində MNX-na Dövlət Neft Şirkətinin "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə güclü yanğın nəticəsində xəsarət alan 31 xəstə gətizdirilib.

BAKU.WS-in əldə etdiyi məlumata görə, təxliyyə olunmuş işçilərin 22-nə ambulator tibbi xidmət göstərildikdən sonra evə buraxılıb. Məmmədov Allahverdi İmran oğlu (1976-cı il təvəllüdlü) Cərrahiyyə və orqan transplantasiyası şöbəsinə yerləşdirilib, müraciət edən xəstəyə Sağ bazu sümüyünun orta 1/3-nin qapalı-yerdəyişmiş sınığı, mil sinirin zədələnməsi, sağ bazunun çıxığı və böyük qabarın qopması diaqnozu qoyulub. Xəstəyə əməliyyat edilib, vəziyyəti stabildir.

Hüseynov Rəşid Ağahüseyn oğlu (1971-ci il təvəllüdlü) Cərrahiyyə və orqan transplantasiyası şöbəsinə yerləşdirilib, müraciət edən xəstəyə Alın nahiyəsinin əzilmiş-çapılmış yarası, KBT, baş beyin silkələnməsi diaqnozu qoyulub. Xəstəyə lazımi tibbi xidmət göstərilib, vəziyyəti stabildir.

Rəcəbov Mərdan Abid oğlu (1959-cu il təvəllüdlü) Cərrahiyyə və orqan transplantasiyası şöbəsinə yerləşdirilib, müraciət edən xəstəyə Qabırğaların çoxsaylı sınığı, sağ mil-bilək və budun yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub. Xəstəyə lazımi tibbi xidmət göstərilib, vəziyyəti stabildir.

Əliyeva Məlahət Mirələm qızı (1971-ci il təvəllüdlü) Cərrahiyyə və orqan transplantasiyası şöbəsinə yerləşdirilib, müraciət edən xəstəyə bel fəqərələrin köndələn çıxıntılarının sınığı diaqnozu qoyulub. Xəstəyə lazımi tibbi xidmət göstərilib, vəziyyəti stabildir.

Abbasov Mais Meşədibaba oğlu (1970-ci il təvəllüdlü) Otorinolaringoloji şöbəyə yerləşdirilib, müraciət edən xəstəyə Alın nahiyəsinin əzilmiş-kəsilmiş-cırılmış yarası diaqnozu qoyulub. Xəstəyə lazımi tibbi xidmət göstərilib, vəziyyəti stabildir.

Əliyev Ənvər Əmiraslan oğlu (1968-ci il təvəllüdlü) Otorinolaringoloji şöbəyə yerləşdirilib, müraciət edən xəstəyə Alın-burun sə sağ gözaltı nahiyələrinin əzilmiş-kəsilmiş-cırılmış yaraları diaqnozu qoyulub. Xəstəyə lazımi tibbi xidmət göstərilib, vəziyyəti stabildir.

Cəfərov Faiq Əbdülhüseyn oğlu (1973-cü il təvəllüdlü) Terapiya şöbəsinə yerləşdirilib, müraciət edən xəstəyə Bədənin hipotermiyası, başın yumşaq toxumasının hissəvi əzilməsi diaqnozu qoyulub. Xəstəyə lazımi tibbi xidmət göstərilib, vəziyyəti stabildir.

Orucov Rəvan Atakişi oğlu (1985-ci il təvəllüdlü) Terapiya şöbəsinə yerləşdirilib, müraciət edən xəstəyə Qapalı KBT, baş beyin silkələnməsi, sağ aşağı ətraf yumşaq toxumalarının əzilməsi, bədənin hipotermiyası diaqnozu qoyulub. Xəstəyə lazımi tibbi xidmət göstərilib, vəziyyəti stabildir.

Ələkbərov Bəxtiyar (1962-ci il təvəllüdlü) müraciət edən xəstə Respublika Yanıq Mərkəzinə göndərilib.

Şahin Həbibov

BAKU.WS

Son xəbərlər