Dənizdən daha bir cəsəd çıxarıldı: "Günəşli" yatağındakı faciədə ölənlərin sayı ikiyə çatdı
"Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın nəticəsində itkin düşənlərdən birinin cəsədi tapılıb.
BAKU.WS xəbər verir ki, bu barədə anspress-ə "Günəşli" dəniz yatağında baş vermiş yanğınla əlaqədar yaradılmış xüsusi qərargahdan məlumat verilib.
Məlumata görə dənizdən tapılan meyit 1965-ci il təvəllüdlü Ramiz Nüsrəddin oğlu Həsənova məxsusdur. Bununla da rəsmi məlumata görə, ölənlərin sayı ikiyə çatıb. 29 nəfərin axtarışları davam etdirilir.
Xatırladaq ki, ötən gün axşam saatlarında "Günəşli” yatağındakı 10-cu özüldə güclü yanğın baş verib. 10-cu dərin dəniz özülündə yanğının baş verməsi qaz xəttini sıradan çıxması nəticəsində baş verib.
Oxşar xəbərlər
"Günəşli" yatağında itkin düşənlərin axtarışlarına dalğıclar cəlb olundu
"Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın nəticəsində itkin düşənlərdən hələlik heç kim tapılmayıb. Xilas edilənlər hazırda xəstəx...