Bakıda Prezident Administrasiyasının maşını qəzaya düşdü
Prezident Administrasiyasına məxsus BMW markalı avtomobil qəzaya düşüb.
BAKU.WS-in musavat.com-a istinadla verdiyi məlumata görə, hadisə Nəsimi rayonunda H.Seyidzadə küçəsində baş verib.
Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Teymur Rəhimovun idarə etdiyi, Prezident Administrasiyasına məxsus BMW markalı 10 PA 580 dövlət nömrə nişanlı avtomobil Bakı sakini, 1967-ci il təvəllüdlü Leyla Abdullayevanın idarə etdiyi "Okean avto” MMC-yə məxsus "Hyundai Accent" markalı 10 PT 068 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Hər iki avtomobilə zərər dəyib. Sürücülərdən ağır xəsarət alan olmayıb.
BAKU.WS
Oxşar xəbərlər
Bakının mərkəzində "Galenwagen” "Prado"nu aşırdı (FOTO)
Bakının mərkəzində yol nəqliyyat hadisəsi baş verib. BAKU.WS APA-ya istinadən məlumat verir ki, hadisə bu gün saat 12:15 radələrində Səbail rayonu, Vaqif küçəs...