Azərbaycanda nazirin avtomobili qəzaya düşüb

Azərbaycanda nazirin avtomobili qəzaya düşüb
Hadisə 2591

Azərbaycanda nazirin maşını qəzaya düşüb.

APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, hadisə Hökumət Evinin qarşısında qeydə alınıb. BMW markalı, 10 AA 209 dövlət nömrə nişanlı maşın "Chery Tiggo” markalı, 99 GJ 986 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Qəzaya düşən BMW markalı, 10 AA 209 dövlət nömrə nişanlı maşın kənd təsərrüfatı naziri Heydər Əsədovun xidməti avtomobilidir. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev faktı təsdiq edərək bildirib ki, hadisə baş verən vaxt nazir maşında olmayıb.

Qəza nəticəsində heç kim xəsarət almayıb, avtomobilə ziyan dəyib. M. Hacıyev yol polisinin hadisə ilə bağlı araşdırma apardığını da qeyd edib.

 

BAKU.WS

Oxşar xəbərlər

Bakıda avtobus qəzası: yaralılar var

Bakıda avtobus qəzası: yaralılar var

Paytaxtın Binəqədi rayonu, S.S.Axundov küçəsində ağır yol qəzası baş verib. BAKU.WS publika.az-a istinadən xəbər verir ki, 10-TG-824 dövlət nömrə nişanlı avtob...

1354 Hadisə 09:20 20 noyabr 2015

Son xəbərlər