25 yaşlı gənc marketin qarşısında öldürüldü

25 yaşlı gənc marketin qarşısında öldürüldü
Hadisə 1998
 

Gəncədə qətl törədilib.

Şəhər Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə Dəmiryol Vağzalının yaxınlığında- marketin qarşısında qeydə alınıb. Şəhər sakini, 1991-ci il təvəllüdlü Tural Mustafa oğlu Kərimov bıçaq xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Həkim müayinəsi zamanı 25 yaşlı gəncin dünyasını dəyişdiyi məlum olub.

Hələlik hadisəylə bağlı saxlanan yoxdur.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, qətli törədən şəxs və ya şəxslərin tutulması istiqamətində işlər aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda dəhşətli QƏTL: 71 yaşlı kişi 81 yaşlı bacısını öldürdü

Bakıda dəhşətli QƏTL: 71 yaşlı kişi 81 yaşlı bacısını öldürdü

Bakının Xəzər rayonunun dəhşətli qətl hadisəsi baş verib. Baş Prokurorluğun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Şüvəlan qəsəbə səkini 1945-ci...

2054 Hadisə 11:48 07 aprel 2016

Son xəbərlər