Bakıda dəhşətli QƏTL: 71 yaşlı kişi 81 yaşlı bacısını öldürdü
Bakının Xəzər rayonunun dəhşətli qətl hadisəsi baş verib.
Baş Prokurorluğun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Şüvəlan qəsəbə səkini 1945-ci il təvəllüdlü Ceyhun Hüseyn oğlu Qulamov 81 yaşlı bacısını öldürüb. Məlumata görə, 71 yaşlı qardaş mübahisə zəmnində özündən 10 yaş böyük bacısı Arifə Hüseyn qızı Qulamovaya baş nahiyəsindən küt alətlə zərbə endirib. 81 yaşlı qadın aldığı xəsarətdən dünyasını dəyişib.
Daha sonra Ceyhun Qulamov intihar etmək məqsədilə hər iki biləyini kəsib. Özünə qəsd etmək istəyən şəxs dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. C.Qulamov hazırda polis nəzarətindədir.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda dəhşətli cinayət: qoca ərlə arvadı evlərində öldürdülər
Bakıda dəhşətli cinayət hadisəsi baş verib. BAKU.WS-in məlumatına görə, Xəzər rayon Prokurorluğundan APA-ya bildirilib ki, hadisə Pirallahı rayonunda qeydə alı...