Azərbaycanda kişini parkda öldürdülər

Azərbaycanda kişini parkda öldürdülər
Hadisə 1570
 

Sumqayıtda qətl törədilib. Şəhər Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə şəhərin 36-cı məhəlləsindəki parkın  ərazisində qeydə alınıb. Şəhər sakini, 1969-cu il təvəllüdlü Tapdıq Musayev şəxsiyyəti istintaqla hələlik müəyyən edilməyən şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Ağır bədən xəsarətləri alan kişi hadisə yerində ölüb.

Hazırda qətli törədən şəxs və ya şəxslərin axtarışları davam etdirilir.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Sumqayıt şəhərində bir neçə gün əvvəl də qətl törədilib. Şəhər sakini Elməddin Abışov mənzilində arvadı Elnarəyə bıçaqla xəsarət yetirib. Qadın hadisə yerində ölüb. E.Abışov könüllü olaraq 1-ci PB-yə gələrək təslim olub. Hadisə qısqanclıq zəminində baş verib.

BAKU.WS

Oxşar xəbərlər

Qısqanc ər arvadının başını kəsdi

Qısqanc ər arvadının başını kəsdi

Aprelin 27-də Sumqayıt şəhərində törədilmiş qətlin bəzi məqamları məlum olub. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 12-ci mikrora...

2012 Hadisə 18:21 28 aprel 2016

Son xəbərlər