Qohumlar birləşib Sumqayıtda 69 yaşlı qadını öldürdülər
Sumqayıtda qət törədilib. Baş Prokurorluğun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yanvarın 18-də Sumqayıt şəhəri, Ə.Vahid küçəsi, 39 saylı evin yaxınlığında üzərində zorakılıq əlamətləri olan naməlum qadın meyitinin aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə baxış keçirilməklə zəruri prosessual hərəkətlər yerinə yetirilmiş və faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Polis və prokurorluq orqanları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində meyitin Sumqayıt şəhər sakini, 1947-ci il təvəllüdlü Rəfiqə Ağayeva olması müəyyən edilib, həmçinin cinayətin Sumqayıt şəhər sakinləri, 1961-ci il təvəllüdlü Şahbaz Xəlfəyev və 1991-ci il təvəllüdlü İslam Xəlfəyev tərəfindən törədilməsində kifayət qədər əsaslar olduğundan onlar, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar. İstintaq zamanı R.Ağayevanın yanvarın 17-də saat 23 radələrində məişət zəminində aralarında yaranmış mübahisə zamanı qardaşı Şahbaz və qardaşı oğlu İslam Xəlfəyevlər tərəfindən küt alətlə çoxsaylı xəsarətlər yetirilərək qəsdən öldürülməsi müəyyənləşdirilib. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Ziya Babayev
BAKU.WS
Oxşar xəbərlər
Qubanın istirahət mərkəzində gənc qadını vəhşicəsinə öldürdülər (FOTO)
Qubada dəhşətli qətl hadisəsi baş verib. BAKU.WS-in məlumatına görə, Qəçrəşdəki "Retro” istirahət mərkəzində üzərində çoxsaylı xəsarətlər olan qadın meyiti tap...