Qubanın istirahət mərkəzində gənc qadını vəhşicəsinə öldürdülər (FOTO)

Hadisə 3417

Qubada dəhşətli qətl hadisəsi baş verib.

BAKU.WS-in məlumatına görə, Qəçrəşdəki "Retro” istirahət mərkəzində üzərində çoxsaylı xəsarətlər olan qadın meyiti tapılıb. Baş Pokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən verilən məlumatda qeyd olunur ki, yanvarın 15-də Quba rayonunda fəaliyyət göstərən istirahət mərkəzlərindən birində üzərində xəsarətlər olan 35-40 yaşlarında naməlum qadın meyitinin aşkarlanması faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb, dərhal hadisə yerinə baxış keçirilməklə müvafiq ekspertizalar təyin edilib. Polis və prokurorluq orqanları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində meyiti tapılan şəxsin Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Könül Zalova olması müəyyən edilib. Cinayətin Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Elməddin Əhmədov tərəfindən törədilməsində kifayət qədər əsaslar olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

BAKU.WS

Son xəbərlər