Azərbaycanda qadını döyüb öldürdülər

Azərbaycanda qadını döyüb öldürdülər
Hadisə 1308

Sumqayıt şəhərində qətl törədilib.

BAKU.WS xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, şəhər sakini, 1968-ci il təvəllüdlü Gülnaz Dadaşovanın üzərində xəsarətləri olan meyiti yol kənarında aşkar edilib. 

İlkin olaraq polisə G.Dadaşovanın müəyyən edilməmiş avtomobillə vurulması və hadisə yerində ölməsi barədə məlumat verilib.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində G.Dadaşovanın münaqişə zəminində həmyerlisi, 1975-ci il təvəllüdlü Elman Əhmədov tərəfindən döyülərək qətlə yetirilməsi müəyyən edilib. E.Əhmədov tutulub. 

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

BAKU.WS

Oxşar xəbərlər

Qohumlar birləşib Sumqayıtda 69 yaşlı qadını öldürdülər

Qohumlar birləşib Sumqayıtda 69 yaşlı qadını öldürdülər

Sumqayıtda qət törədilib. Baş Prokurorluğun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yanvarın 18-də Sumqayıt şəhəri, Ə.Vahid küçəsi, 39 saylı evin...

1756 Hadisə 11:43 19 yanvar 2016

Son xəbərlər