Azərbaycanda qardaş qardaşı güllələdi
Neftçalada qətl hadisəsi baş verib.
Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə rayonun Mirqurbanlı kəndində qeydə alınıb. Kənd sakini 1990-cı il təvəllüdlü Dadaş Cəfər oğlu Əliyev aralarında yaranan mübahisə zəminində qardaşı 1994-cü il təvəllüdlü Fərid Cəfər oğlu Əliyevi ov tüfəngi ilə ürək nahiyəsindən vurub. 22 yaşlı gənc aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Qardaşlar arasında bundan əvvəl də tez-tez mübahisə yarandığı bildirilir. Ancaq qətlin dəqiq səbəblərini hələlik müəyyən etmək mümkün olmayıb.
Faktla bağlı Neftçala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.
Qətli törədən 26 yaşlı Dadaş Əliyev tutularaq istintaqa cəlb edilib.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda 11-ci sinif şagirdi güllələndi - YENİLƏNİB
Tovuz rayonunda 11-ci sinif şagirdi güllə ilə vurulub. Baş Prokurorluğun mətbuat xidmətindən BAKU.WS-ə verilən Qalaboyun kənd sakini, 1999-cu il təvəllüdlü Mə...