Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb
Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən E.Eminov saxlanılıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, ondan 36 kiloqram narkotik vasitə aşkarlanıb.
Araşdırmalarla saxlanılan şəxsin narkotikləri sosial şəbəkələrdə tanış olduğu, şəxsiyyəti istintaqla araşdırılan xarici ölkə vətəndaşı vasitəsilə əldə etdiyi və paytaxt ərazisində dövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığı müəyyən edilib.
Araşdırma davam etdirilir.
Oxşar xəbərlər
"Sovetski"də meyit aşkarlandı
Bakıda 27 yaşlı şəxsin meyiti tapılıb. BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə sentyabrın 30-u saat 12 radələrində Yasamal rayonu Mustafa Sübhi k...