Masallıda qəza olub, iki nəfər ölüb
01
okt
2026
09:06
Masallıda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında rayonun Mollaoba kəndində qeydə alınıb.
Belə ki, Masallı sakini Eminağa Həşimov idarə etdiyi VAZ-2101 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə avtomobil yolun kənarındakı həyətin darvazasına çırpılıb.
Qəza nəticəsində sürücü, 1983-cü il təvəllüdlü Eminağa Həşimov və avtomobildə olan sərnişin, 1993-cü il təvəllüdlü Elvin Həşimov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatıb
Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərild...