"Flydubai" təyyarəsini aviaqəzalar verilişlərinə baxan santexnik xilas edib - Tramp
"Flydubai" aviaşirkətinə məxsus təyyarəni aviaqəzalarla bağlı verilişlərə baxan israilli santexnik xilas edib.
BAKU.WS xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına açıqlamasında bildirib.
Tramp qeyd edib ki, bu məlumatı ona İsrailin Baş naziri Benyamin Netanyahu çatdırıb.
"İsrailli santexnik təyyarə ilə nadir hallarda uçurdu. O, baş verənləri gördü və daha əvvəl heç vaxt təyyarə idarə etməməsinə baxmayaraq, sükanı özünə tərəf çəkərək təyyarəni düz vəziyyətə gətirdi.
Ondan niyə belə etdiyi soruşulanda isə bildirib ki, "Air Crash Investigation" ("Mayday", "Hava qəzalarının araşdırılması") verilişinə baxır. O, bu verilişə çox baxıb və oradan təyyarəni necə idarə etmək barədə təxminən anlayış əldə edib", - deyə Tramp bildirib.
Xatırladaq ki, hadisə sentyabrın 30-da BƏƏ-dən İsrailə uçan "Flydubai" təyyarəsində baş verib. Pilot həmkarına bıçaqla hücum edib. Sərnişinlərdən biri pilotu zərərsizləşdirib, təyyarə isə Səudiyyə Ərəbistanına uğurla enib.
İsrail hadisəni terror aktına cəhd kimi qiymətləndirib.
Oxşar xəbərlər
İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb
Bu gün İsrailin Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində azı 7 fələstinli ölüb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə anklavın səhiyyə...