Ronalduya 6 aylıq diskvalifikasiya təhlükəsi
Yeniliklərdən dərhal xəbərdar olun
Portuqaliya millisindən icazəsiz ayrıldığı üçün Kriştiano Ronaldoya 6 aylıq diskvalifikasiya cəzası verilə bilər.
BAKU.WS "A Bola" nəşrinə istinadən xəbər verir ki, Portuqaliya Futbol Federasiyasının intizam qaydaları belə hallara görə futbolçunun cəzalandırılmasını nəzərdə tutur. Ronaldo cərimələnə və ya 1 aydan 6 aya qədər millidən uzaqlaşdırıla bilər.
41 yaşlı futbolçu milli komandada 146 qolla tarixin ən məhsuldar oyunçusu və 234 matçla ən çox oyun keçirən futbolçudur.
Xatırladaq ki, Portuqaliya oktyabrın 1-də Millətlər Liqasında Danimarka ilə qarşılaşacaq. Portuqaliya iki turdan sonra 6 xalla A4 qrupuna liderlik edir.
Oxşar xəbərlər
Azərbaycan batut gimnastikası tarixində ilkə imza atıldı
Azərbaycan təmsilçisi Ammar Baxşalıyev Çinin Nankin şəhərində keçirilən batut gimnastikası üzrə gənclər arasında dünya çempionatında bürünc medal qazanıb. BAKU....