Tbilisidə Heydər Əliyevin büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı saxlanılıb
Tbilisidə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin büstünü zədələməkdə şübhəli bilinən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə ictimai vəkil Teona Feraadze məlumat verib.
Teona Feraadzenin sözlərinə görə, saxlanılan şəxs 40 yaşdan yuxarı Ermənistan vətəndaşıdır və Gürcüstana turist kimi gəlib. O, hazırda susmaq hüququndan istifadə edir.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 187-ci maddəsinin birinci hissəsi ilə aparılır.
Saxlanılan şəxsin barəsində həbs qətimkan tədbiri seçilib. İlkin məhkəmə iclasının noyabrın 12-də keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, büstün zədələnməsi barədə məlumat ilkin olaraq sosial şəbəkələrdə yayılıb. Hadisə sentyabrın 21-də səhər saatlarında baş verib.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev də daha əvvəl Gürcüstan mediasına bildirib ki, hadisə ilə bağlı ehtimal olunan şəxs saxlanılıb və Gürcüstan Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və digər aidiyyəti qurumlar tərəfindən istintaq və prosessual tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Dənizkənarı Bulvar İdarəsi" Publik Hüquqi Şəxsin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, onun köməkçisi Rəşad Bə...