21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi
2023-cü ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında 2002-ci il təvəllüdlü Aysel Babayevanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət başa çatıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, xəstəxananın doğum şöbəsinin mama-ginekoloqu 1961-ci il təvəllüdlü Elmira Əsgərovaya hökm oxunub.
Qusar Rayon Məhkəməsində keçirilən prosesdə o, Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq - ölümlə nəticələndikdə) maddəsi ilə təqsirli bilinib.
Məlum olub ki, A.Babayeva vaxtında düzgün tibbi xidmətin göstərilməməsi səbəbindən yaranmış ağciyər trombozundan həyatını itirib.
Məhkəmənin hökmü ilə E.Əsgərova 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası 6 ay sınaq müddəti təyin edilməklə şərti hesab edilib.
Qeyd edək ki, Aysel Babayeva 2 il imiş ailə həyatı qurubmuş. O, xəstəxanaya hamiləlik planlaşdırılması ilə əlaqədar, stimulyasiya üçün müraciət edibmiş.
Oxşar xəbərlər
Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb
Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən E.Eminov saxlanı...