"Flydubai" təyyarəsinin qəfil aşağı düşdüyü ANLAR

Flydubai təyyarəsinin qəfil aşağı düşdüyü ANLAR
Video
Dünya 113

Dubaydan Təl-Əvivə uçan "Flydubai" təyyarəsində baş verən insident zamanı hava gəmisinin qəfil trayektoriasını dəyişməsi anı videoya düşüb.

BAKU.WS "Baza" teleqram kanalına istinadən xəbər verir ki, görüntülərdə təyyarənin kəskin şəkildə aşağı endiyi, sərnişinlərin isə qorxu içində qışqırdığı görünür.

Məlumata əsasən, sərnişinlər ilk anlarda nə baş verdiyini anlamasalar da, təyyarənin hündürlük itirdiyini hiss ediblər.

Qeyd edək ki, təyyarə daha sonra Səudiyyə Ərəbistanının "Tabuk" şəhərinə eniş edib. Sağ qalan sərnişinlərin sevinc içində qışqırdığı anların da görüntüləri yayılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər