Səhiyyə Nazirliyi Saatlıda pambıq tarlasında zəhərlənənlərlə bağlı AÇIQLAMA YAYDI
11
iyn
2018
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Saatlı rayonunda pambıq tarlasında kimyəvi dərmandan zəhərlənmə diaqnozu ilə Bakıdakı Kliniki Tibbi Mərkəzin Taksokologiya şöbəsinə gətirilən 4 xəstənin vəziyyəti orta-ağırdır.BAKU.WS xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova deyib.Onun sözlərinə görə, Saatlı Rayon Mərkəzi Xəstəxanasıda müalicəsi davam edən 20 nəfərdən ikisi öz istəyi ilə evə buraxılıb: “Digər xəstələrin müalicəsi davam edir və yaxın günlərdə evə buraxılacaqlar”.Qeyd edək ki, ötən gün Saatlının Sımada kəndi ərazisində pambıq tarlasında işləyən 20-dən çox işçi kimyəvi dərmandan zəhərlənərək Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan vəziyyəti ağır olan 4 nəfər Bakıya gətirilib və Kliniki Tibbi Mərkəzin Taksokologiya şöbəsinə yerləşdiriliblər.BAKU.WS
Oxşar xəbərlər
Saatlıda 21 işçi pambıq tarlasında zəhərləndi
Saatlıda tarlada işləyən şəxslər zəhərlənib.BAKU.WS "Report" agentıiyinə istinadən xəbər verir ki, hadisə rayonun Sımada kəndi ərazisində qeydə alınıb.Belə ki,...